Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət sahəsində elektron məlumat sistemi

Xəbərlər

Şur filminin 50 illik yubileyinə həsr olunmuş bədii-musiqili gecə keçirilib

07.07.2017

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası, Mədəniyyət kanalı və Azərbaycan Radiosunun təşkilatçılığı ilə “Şur” filminin 50 illik yubileyinə həsr olunmuş bədii-musiqili gecə keçirilib. Gecədə 50 il bundan əvvəl - 1967-ci ildə Azərbaycan Televiziyasında istehsal olunan “Şur” filmi nümayiş olunub. Filmin ssenari müəllifi və rejissoru, əməkdar incəsənət xadimi Arif Qazıyev, filmdə iştirak etmiş, xalq artisti Əlibaba Məmmədov, eləcə də o zaman operator assistenti kimi (quruluşçu operator Rasim Ocaqov idi), hazırda isə Azərbaycan Televiziyasında baş operator vəzifəsində çalışan əməkdar incəsənət xadimi Fazil Hadıyev filmin çəkiliş prosesləri və ərsəyə gəlməsi ilə bağlı fikirlərini, xatirələrini bölüşüblər. Əməkdar artist Azad Şükürovun ifasında qəzəllər səslənib. Xanəndələr Abgül Mirzəliyev, Aytən Məhərrəmova, Ayşən Mehdiyeva, əməkdar artistlər Nuriyyə Hüseynova, Fehruz Səxavət, Səbuhi İbayev musiqi xəzinəmizin gözəl nümunələrini ifa ediblər. İfaçıları Azərbaycan Televiziyası və Radiosunun Əhsən Dadaşov adına “Xatirə” Xalq Çalğı Alətləri Ansamblı müşayiət edib.

Əlaqədar fayllar

 

221.1 KB

 

770 KB