Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət sahəsində elektron məlumat sistemi

Xəbərlər

SOCAR-ın əməkdaşı “Heydər Əliyev” zirvəsinə yürüşdə iştirak edib

07.07.2017

SOCAR-ın əməkdaşı “Heydər Əliyev” zirvəsinə yürüşdə iştirak edib. Şirkətin mətbuat xidmətindən bildirilib ki, hər il ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində Şahdağ Milli Parkının ərazisində 3 min 751 metr hündürlükdə yerləşən "Heydər Əliyev" zirvəsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən kütləvi yürüşlərin təşkil olunması artıq xoş ənənəyə çevrilib. Bu il də mayın 8-9-da Ulu Öndərin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar "Heydər Əliyev" zirvəsinə yürüş keçirilib. SOCAR-ın əməkdaşı, “SOCAR Midstream” şirkətinin layihə koordinatoru Anar Hacıyev də yürüşdə iştirak edib. Yürüş müvəffəqiyyətlə başa çatıb. İştirakçılar Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən sertifikatla təltif olunublar.

Əlaqədar fayllar