Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət sahəsində elektron məlumat sistemi

Elan Test

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi yenidən “Retro Bakı” layihəsinə start verib

03.07.2017 - 27.07.2017

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi yenidən “Retro Bakı” layihəsinə start verib 123 17.07.2017 Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə yay aylarında Fəvvarələr Meydanında keçirilən “Retro Bakı” layihəsi çərçivəsində şəhər sakinlərinin həftə sonu istirahətinin maraqlı keçməsi üçün yenidən açıq hava konsertlərinə start verilib. İlk açılış konsertində tanınmış cazmen, əməkdar incəsənət xadimi Cavan Zeynallı, məhşur şanson mahnıların ifaçısı Ceyhun Bakinski,estrada  müğənniləri  Yaqut Babayeva, Dua Murad, Gümüş, Tafur, Anar Nağılbaz, Nailə Müslümova, Səbinə Əsgərova, Mehman Tağıyev  öz çıxışları ilə paytaxt sakinləri və şəhərimizin qonaqlarının könüllərini oxşayıblar. Həmçinin, konsertdə milli və dünya xalqlarının rəqsləri təqdim olunub, yaradıcı gənclərin əl işlərindən ibarət rəsm sərgisi maraqla qarşılanıb. Qeyd edək ki, layihə əhalinin və turistlərin asudə vaxtının xoş keçməsi, Azərbaycan musiqi incilərinin, korifey bəstəkarların əsərlərinin səsləndirilməsi məqsədini daşıyır. “Retro Bakı” sentyabırın 15-dək hər həftə sonu axsham saatlarında  Fəvvarələr Meydanında  zəngin konsert proqramı və tanınmış müğənnilər ilə sizlərin görüşünə gələcəkdir.

Media fayllar