Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət sahəsində elektron məlumat sistemi

SenetkarTEST
|

”Abbasov” Əşrəf Cəlal oğlu. 1920 - 1992

Azərbaycan bəstəkarı, musiqişünas və pedaqoq. Azərbaycan SSR Əməkdar İncəsənət xadimi (1963), Azərbaycanın SSR Xalq Artisti, professor (1968), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1953–1957). Əşrəf Cəlal oğlu 1920-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Orta məktəbi Şuşada bitirmişdir. 1948-ci ildə Azərbaycan Konservatoriyasını, 1952-ci ildə isə Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirmişdir.1953–1957-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuşdur. Əşrəf Abbasov 1965-ci ildə ilk Azərbaycan uşaq baleti "Qaraca qız"ı yazmışdır.   O, fortepiano və orkestr üçün konsertin (1946), simfonik orkestr üçün "Konsertino"nun (1948), "Şuşa" (1945), "Gələcək gün" (1952), "Dramatik" (1953) simfonik poemalarının, "Səndən mənə yar olmaz" (1963), "Dağlar qoynunda" (1970) operettalarının, bir çox instrumental əsərin, xor, mahnı, romansın, həmçinin "Ü. Hacıbəyov və onun "Koroğlu" operası" (1956) və bir sıra başqa nəzəri əsərlərin və məqalələrin müəllifidir. Əşrəf Abbasov 1992-ci ildə Bakıda vəfat etmişdir.

Əsərin adı sonradan