Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət sahəsində elektron məlumat sistemi

SenetkarTEST

Bax

İohann Sebastyan Bax (alm. Johann Sebastian Bach; d. 21 mart 1685, Eyzenax – ö. 28 iyul 1750, Leypsiq) — dahi alman bəstəkarı və orqan musiqiçisi, Barokko dövrünün ən görkəmli nümayəndəsi, bütün dövrlərin ən böyük bəstəkarlarından biri.

Mindən artıq musiqi əsəri yaratmışdır. Yaradıcılığında opera istisna olmaqla, o dövrün bütün məlum musiqi janrlarına müraciət etmiş, Barokko musiqisinin inkişafına əvəzsiz töhfələr vermişdir. Bax həmçinin çoxsəsli (polifonik) musiqinin "atası" sayılır. Dahi bəstəkarın ölümündən sonra qoyub getdiyi zəngin musiqi irsi bir müddət diqqətdən kənarda qalıb. XIX əsrdə digər dahi alman bəstəkarı Mendelson Baxın musiqisini yenidən "kəşf edir".

Bax yaradıcılığı özündən sonra gələn bəstəkarların yaradıcılığına böyük təsir göstərmişdir.

İntellektual zənginliyi, texniki mükəmməlik və bədii gözəlliyi ilə seçilən Bax musiqisindən Brandenburq konsertləri, Qoldberq variasiyaları, İngilis süitaları, Fransız süitaları, Klavira üçün partitalar, B minorda Mass, Müqəddəs Matfeyanın ehtirasları, Fuga sənəti, Skripkada solo konsert üçün sonata və partitalar, violonçeldə ifa üçün süitalar, 200-dən artıq kantata və eyni sayda orqan musiqi əsərlərini misal göstərmək olar.

Əsərin adı sonradan

Eser alt yazi