Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət sahəsində elektron məlumat sistemi

SenetkarTEST

Adil Gәray (Adil Gәray Heybәtqulu oğlu Mәmmәdbәyli; 1919 —1973)

Azərbaycan tarzәni, pedaqoq, dirijor, bəstəkar, Azәrbaycan SSR Əmәkdar Artisti (1959). Adil Gəray Heybətqulu oğlu Məmmədbəyli 13 may 1919- cu ildə Bakı şəhərində anadan olmuşdur.

Azәrbaycan Dövlәt Musiqi Texnikumunu bitirmiş (1940), Azərbaycan Dövlət Konservatoriyasının Azәrbayсan xalq musiqisi şöbәsindә (Ü. Hacıbəyovun sinfindә) təhsil almışdır (1940—1948 fasilәlәrlә). Muğam dərslərini Əhməd Bakıxanovdan almışdır. 1938-ci ildәn Üzeyir Hacıbəyovun tәşkil etdiyi Azәrbaycan Xalq Çalğı Alәtlәri Orkestrindә konsertmeyster işlәmişdir. O tar ilә fortepiano üçün "Bağçakürd" (1957) pyesini Ü.Hacıbəyova itһaf etmişdir.

1937-ci ildən Hüseynqulu Sarabskinin sinfində müşayiətçi, 1938-ci ildən Azteleradio orkestrində konsertmeyster kimi çalışmışdır. 1940-cı ildən, eyni zamanda, Azərbaycan Dövlət Musiqi Məktəbində tar ixtisası üzrə müəllim kimi fəaliyyət göstərmişdir. O, bir çox məşhur tarzənlərin müəllimi olmuşdur. Tar üçün bir sıra əsərlərin, o cümlədən, “Tar üçün etüdlər”in, “Bağçakürd”, “Qaytağı”, “Cəngi”, “Səfi-kürd”, “Şahnazsayağı”, “Gülüstan” pyeslərinin, mahnıların, “İbtidai məktəblər üçün nəğmələr məcmuəsi”nin və s. əsərlərin müəllifidir. Onun əsərləri bir çox konsert və tədris repertuarında layiqli yer tutur. “Tar üçün etüdlər” məcmuəsində yeddi muğam – “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-Şiraz”, “Mahur-Hindi”, “Şüştər” muğamları əsasında etüdlər bəstələmişdir.